525.Az

Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb


 

Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb<b style="color:red"></b>

2023-cü ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 83 313,37 min ABŞ dolları dəyərində 96859,40 ton neft və neft məhsulları idxal edib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 32 099,15 min dollar və ya 62,67%, həcmi isə 37 777,41 don və ya 63,94% artıb.

Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycandan 51 214,22 min dollar dəyərində 59 081,99 ton neft və neft məhsulları idxal edib.

Bu il Gürcüstan ümumilikdə 1 053 007,8 min dollar dəyərində neft və neft məhsulları idxal edib ki, bu da illik ifadədə 14,7% azdır.

 





22.12.2023    çap et  çap et