525.Az

Mədəniyyət və incəsənət xadimləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər


 

Mədəniyyət və incəsənət xadimləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər<b style="color:red"></b>

Mədəniyyət və incəsənət xadimləri gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəyini bəyan ediblər.

525.az xəbər verir ki, bu barədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir, onunla birlikdə olduqlarını bildirirlər ("Report").

 





22.12.2023    çap et  çap et