525.Az

Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib


 

Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib<b style="color:red"></b> Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib.
 
APA-nın məlumatına görə, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Maarif İrşad oğlu 9 ay Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edib. O, Suriyadan Türkiyəyə, oradan isə Azərbaycana gələrkən Gəncə hava limanında həbs edilib.
 
Ona qarşı Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. 
 





03.09.2014    çap et  çap et