525.Az

"Toyota" 1,1 milyon avtomobilini geri çağıracaq


 

"Toyota" 1,1 milyon avtomobilini geri çağıracaq<b style="color:red"></b>

"Toyota Motor" sensordakı qısaqapanmanın təhlükəsizlik yastıqlarının nəzərdə tutulduğu kimi açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağıracağını açıqlayıb.

525.az xəbər verir ki, "Toyota Motor" şirkətinin verdiyi açıqlamaya görə, "Toyota" və "Lexus", bəzi sedan və SUV modellərində təhlükəsizlik yastığı sensorunda yaranan problemin sərnişinlərin ağırlığını səhv hesablaya bilməsi və hava yastığının açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobil geri çağırılacaq.

Geri çağırılma 2020-2022-ci illər arasında istehsal olunmuş "Avalon", "Camry", "Corolla", "RAV4", "Lexus ES250", "ES300H", "ES350", "RX350" "Highlander" və "Sienna Hybrid" avtomobillərini əhatə edir.

Qeyd edək ki, bu avtomobillərin 1 milyonunu ABŞ-də satılanlar təşkil edir.

Məhəmməd Tağıyev

 





22.12.2023    çap et  çap et