525.Az

Bakıda pulsuz Wi-Fi-ya çıxış nöqtələrinin sayı artırılır


 

Bakıda pulsuz Wi-Fi-ya çıxış nöqtələrinin sayı artırılır<b style="color:red"></b> Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) paytaxtın ictimai əhəmiyyətli ərazilərində simsiz Wi-Fi xidmətlərinin göstərilməsinə başlayır.

Bunu çərşənbə axşamı Trend-ə İB-dən deyiblər.

İB-dən qeyd ediblər ki, pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin ümumi sayı təqribən 80 ədəd olacaq:

"Onlar parklar, stadionlar, ticarət-əyləncə mərkəzləri və s. ərazilərə instalyasiya ediləcək".

Birlikdən bildiriblər ki, İB-nin şəbəkəsində tikilmiş bazada bilavasitə internet xidmətlərinin göstərilməsi ilə provayderlər məşğul olacaq. Nöqtələrin çoxuna "Delta Telecom" provayderi tərəfindən xidmət göstəriləcəyi istisna edilmir".

Qeyd edək ki, məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək.
 





04.09.2014    çap et  çap et