525.Az

Rusiya Ukraynanın döyüş təyyarələrini vurdu


 

Rusiya Ukraynanın döyüş təyyarələrini <b style="color:red">vurdu</b>

Rusiya Müdafiə Nazirliyi Zaporojya və Dnepropetrovsk bölgələrində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 3 "Su-27" və 1 "Su-24" təyyarəsini vurduqlarını açıqlayıb.

525.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamaya görə, Rusiyanın operativ-taktiki aviasiyası, pilotsuz uçuş aparatları (PUA), raket və artilleriya bölmələri Starokonstantinov Hərbi Hava Bazasında Norveç istehsalı olan "NASAMS" və Fransa istehsalı olan "Crotale-NG" hava hücumundan müdafiə raket sistemlərini vurub.

Qeyd edək ki, açıqlamada müxtəlif bölgələrdə 49 Ukrayna PUA-nın vurulduğu bildirilib.

Məhəmməd Tağıyev

 





25.12.2023    çap et  çap et