525.Az

Azərbaycan səfiri Tailand Baş nazirinin müşaviri ilə görüşüb


 

Azərbaycan səfiri Tailand Baş nazirinin müşaviri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Tailanda işgüzar səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müşaviri, ticarət nümayəndəsi Nalinee Taveesin ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Malayziyadakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

 





25.12.2023    çap et  çap et