525.Az

Gəncə alimləri “Heydər Əliyev İli”nə həsr edilmiş yekun tədbir keçiriblər


 

Gəncə alimləri “Heydər Əliyev İli”nə həsr edilmiş yekun tədbir keçiriblər<b style="color:red"></b>

AMEA Gəncə Bölməsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qoruyucusudur” mövzusunda yekun konfrans keçirilib. Konfrans Gəncə şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin və AMEA Gəncə Bölməsinin, və birgə təşkilatçılışı ilə baş tutub.

525.az xəbər verir ki, əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, müasir dövlətçiliyimizin banisinin əziz xatirəsini onun heykəlinin önünə gül qoymaqla yad ediblər.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə AMEA Gəncə Bölməsində 2023-cü ildə ərsəyə gətirilmiş nəşrlərdən ibarət sərgiyə də baxış keçirilib.

AMEA Gəncə Bölməsinin böyük iclas salonunda keçirilən konfransın açılışında Bölmənin sədri,akademik Fuad Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü ili “Heydər Əliyev ili” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamınna uyğun olaraq, AMEA Gəncə Bölməsi tərəfindən hazırlanmış tədbirlər planı əsasında bu əlamətdar il çərçivəsində  elmi konfranslar, dəyirmi masalar, seminarlar və digər görüşlər keçirilib. O, həmçininBölmə tərəfindən nəşr edilmiş “Heydər Əliyev və Gəncə” monoqrafiyasını,  “Ata vəsiyyəti” və “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitablarını və bu qəbildən olan digər elmi və kütləvi nəşrləri bu tarixi yubiley ilinə Gəncə alim və tədqiqatçılarının töhfəsi kimi səciyyələndirib.

Sonra məruzəçilərin “Heydər Əliyev İli”nə həsr olunmuş konfranslar”, “Heydər Əliyev və multikultural dəyərlər”, “Gəncə xanlığının Azərbaycan dövlətçilik tarixinə töhfəsi”, “AMEA Gəncə Bölməsində hazırlanmış “Heydər Əliyevin Gəncənin intibahında rolu”, “Qarabağ zəfərindən Zəngəzura gedən yol”, “Heydər Əliyev və klassik irs”, “Heydər Əliyev dini-mənəvi dəyərlərimizin qoruyucusu kimi” mövzularında çıxışları dinlənilib.
Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Gəncə ziyalılarının, şəhərin elmi  və yaradıcı ictimaiyyətinin, xüsusən AMEA Gəncə Bölməsinin kollektivinin “Heydər Əliyev ili” ilə bağlı fəal mövqe nümayiş etdirdiklərini qeyd edib. 

AMEA Gəncə Bölməsinin sədr müavini Sara Əzizova öz çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən də “Heydər Əliyev İli” ilə bağlı Gəncə Bölməsinin apardığı işlərin təqdirəlayiq hal kimi qiymətləndirildiyini və Bölmənin sədri, akademik Fuad Əliyevin AMEA Rəyasət HeyətininFəxri Fərmanı ilə təltif edildiyini xatırladıb.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirlərdə fərqlənən əməkdaşlara isə AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin Fəxri Fərmanları təqdim edilib.

Zakir Muradov, Gəncə

 





25.12.2023    çap et  çap et