525.Az

İraqda ölən dilənçinin evindən 380 min dollar tapıldı


 

İraqda ölən dilənçinin evindən 380 min dollar tapıldı<b style="color:red"></b>

İraqda aparıldığı xəstəxanada ölən dilənçinin evində aparılan axtarış zamanı 380 min dollardan çox pul tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadda xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin varlı olduğu ortaya çıxıb.

Dilənçinin ölümündən sonra onun iki qardaşı bacısının vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar.

Qardaşlar bacılarına məxsus pul və qızılları maşına yükləyən zaman məhəllə camaatı hadisə yerinə polis çağırıb.

Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul da tapılıb. Polis ölən qadının qardaşlarını saxlayıb.

Malik Atilay

 





25.12.2023    çap et  çap et