525.Az

Nigeriyada silahlı hücum - 16 nəfər öldü


 

Nigeriyada silahlı hücum - <b style="color:red">16 nəfər öldü</b>

Nigeriyanın Plato əyalətində baş verən silahlı hücumda 16 nəfər həyatını itirib.

525.az xəbər verir ki, ölkədə həyata keçirilən Təhlükəsiz Liman Əməliyyatının sözçüsü Ceyms Oya açıqlamasında Plato əyalətinin Muşu kəndində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirildiyini bildirib. Oya hücumda 16 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını deyib.

Qeyd edək ki, Nigeriyanın Plato əyaləti son zamanlar silahlıların hücumlarına məruz qalır. Belə ki, dekabrın 5-də əyalətdə baş verən hücumda 11 nəfər həyatını itirmişdi.

Məhəmməd Tağıyev

 





25.12.2023    çap et  çap et