525.Az

Azad olunan ərazilərdə bu il 100 ha yeni yaşıllıq zollaqları salınıb


 

Azad olunan ərazilərdə bu il 100 ha yeni yaşıllıq zollaqları salınıb<b style="color:red"></b>

"İşğaldan azad olunan ərazilərdə 100 hektar yeni yaşıllıq zollaqları salınıb".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Ağdamda keçrilən Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi Qrupun rəhbəri Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, 2023-cü ildə planda nəzərdə tutulan 100 hektar yaşıllıq zolaqlarının salınması demək olar ki, başa çatdırılıb.

Onun sözlərinə görə, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdamda 100 hektardan çox yeni yaşıllıq zolaqları salınıb, meşə bərpa işləri icra olunub:

"Bu planımızı artıq demək olar ki, yerinə yetirmişik. İlin sonuna qədər Füzulidə hava limanına yaxın ərazidə 15 hektar yaşıllıq zolaqlarının salınmasını bitirəcəyik. Bununla da bu ilə nəzərdə tutulmuş yaşıllıqlar, meşə zolaqlarının salınması planının icrası başa çatacaq. Eyni zamanda, meşə bərpa işləri də icra edilib. Cəbrayılda 42 hektarlıq, Zəngilanda 40, Füzulidə 2 hektar ərazidə meşə bərpa işləri həyata keçirmişik. Bu işlər də ilin sonuna qədər tamamlanacaq".

Vüqar Kərimov qeyd edib ki, ərazilər minadan təmizləndikcə sertifkat alındıqdan sonra meşələrin salınması, bərpa işlərinə başlanır.

 





25.12.2023    çap et  çap et