525.Az

Azərbaycanın sığorta bazarının həcmi 1,1 mlrd. manatı ötüb


 

Azərbaycanın sığorta bazarının həcmi 1,1 mlrd. manatı ötüb<b style="color:red"></b>

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta yığımları 26.8% artaraq 1 mlrd. 108.2 milyon manata çatıb.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 24.1% artaraq 497.5 milyon manata yüksəlib.

Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 45,8 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 44,9 manata kimi azalıb.

 

 





25.12.2023    çap et  çap et