525.Az

Ağstafada evdə partlayış olub - ölən var


 

Ağstafada evdə partlayış olub - <b style="color:red"> ölən var</b>

Ağstafada evdə partlayış baş verib.

525.az xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Kənddə yerləşən evdə baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Hüseynov ölüb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub (APA).

 





25.12.2023    çap et  çap et