525.Az

Azərbaycanda könüllü sığorta 14 faiz, icbari sığorta isə 24 faiz artıb


 

Azərbaycanda könüllü sığorta 14 faiz, icbari sığorta isə 24 faiz artıb<b style="color:red"></b>

2023-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 748 milyon 890 min manat, icbari sığorta növləri üzrə isə 270 milyon 853 min manat sığorta haqqı toplanılıb.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 13.9% və ya 91.2 milyon manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 24.5% və ya 53.3 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 16.2% artaraq 364.5 milyon manata, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 3.7% artaraq 90.4 milyon manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-noyabr aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 48.7 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 11 ayında 47.7 manata bərabər olub. Bu ilin yanvar-noyabr ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 33.4 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 11 ayında 40 manata bərabər idi.

 





25.12.2023    çap et  çap et