525.Az

Cəbrayıl, Zəngilan və Füzulidə meşələrin bərpası yekunlaşmaq üzrədir


 

Cəbrayıl, Zəngilan və Füzulidə meşələrin bərpası yekunlaşmaq üzrədir<b style="color:red"></b>

Cəbrayıl, Zəngilan və Füzulidə meşə bərpa işləri yekunlaşmaq üzrədir.

525.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, Cəbrayıl, Zəngilan və Füzulidə 85 hektar ərazidə meşə bərpa işləri həyata keçirilir: “Həmin layihələr artıq başa çatmaq üzrədir. Bununla yanaşı 108 hektar sahədə yeni yaşıllıq zolaqları salınır. Bilirsiniz ki, bizim işğaldan azad olunan ərazilərdə yaşıllıqların salınması ilə bağlı meşə bərpa layihələri var. 108 hektarda yeni yaşıllıq zolaqlarının salınması, 85 hektarda meşə bərpa işləri görülür. Düşmən tərəfindən tamamilə məhv edilmiş meşə ərazilərimiz 56 min hektara yaxındır. Həmin ərazilərdə meşə bərpa işləri həyata keçirilir. Cəbrayıl, Zəngilan və Füzulidə bu il 85 hektar ərazidə meşə bərpa işləri nəzərdə tutmuşduq. Həmin layihələri başa çatdırmaq üzrəyik. Prosesin bir qədər gecikməsi ərazilərin minalı olması ilə bağlıdır. Ərazilər minadan təmizləndikcə meşə-bərpa və yaşıllıq zolaqlarının salınması işlərini həyata keçiririk”.

 





25.12.2023    çap et  çap et