525.Az

Çin "Tienmu-1" peyklərini orbitə buraxıb


 

Çin "Tienmu-1" peyklərini orbitə buraxıb<b style="color:red"></b>

Çin kosmosa “Tienmu-1” peyk şəbəkəsinin hissələrini təşkil edən dörd meteoroloji peyk buraxıb.

525.az "Sinxua" Xəbər Agentliyinin verdiyi məlumata istinadən bildirir ki, peyklər "Kuaicou-1A" daşıyıcı raketi ilə Qobi səhrasındakı Ciuchuen Peyk Mərkəzindən buraxılıb.

Kommersiya meteoroloji məlumat xidmətləri üçün istifadə edilməsi nəzərdə tutulan peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşiblər.

Buraxılış "Kuaicou-1A" raketi ilə həyata keçirilən 23-cü uğurlu nəqliyyat missiyası idi.

Qeyd edək ki, adı Çin dilində "Ana Səma" mənasını verən "Tienmu" peyk şəbəkəsinə daxil olan ilk iki peyk yanvarın 9-da, dörd peykdən ibarət ikinci qrup martın 22-də, üçüncü qrup isə dörd peykdən ibarət 20 iyunda orbitə buraxılıb. 

Malik Atilay

 





25.12.2023    çap et  çap et