525.Az

"Prezident Administrasiyası rəhbərinin yanında keçirilən müşavirə tarixi əhəmiyyətli hadisə idi"


 

"Prezident Administrasiyası rəhbərinin yanında keçirilən müşavirə tarixi əhəmiyyətli hadisə idi"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, ötən cümə günü Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirdi. Geniş formatda təşkil olunmuş müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edildi. Bir müddət əvvəl bəzi media orqanlarında, xüsusilə elektron KİV-  cəbhədəki vəziyyət, ordu ilə bağlı yayılmış məlumatlar bütün ictimaiyyətin narahatlığına narazılığına səbəb olmuşdu.  Vəziyyətin çox ciddi olması dövlətin müdaxiləsinə səbəb oldu yuxarıda qeyd edilən müşavirədə bütün bu məqamlar geniş müzakirə edildi. Prezident Administrasiyasının rəhbəri  Ramiz Mehdiyev çıxışında açıq şəkildə vurğuladı ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. O bildirdi ki, medianın ən mühüm funksiyalarından biri milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir.

Müşavirədə səslənən fikirlərə, irəli sürülən tövsiyələrə münasibətini bildirən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi kifayət qədər əhəmiyyətli idi: "Çünki mətbuat tarixində ilk dəfə idi ki, belə formatda müşavirə keçirilirdi. Bu da ölkə başçısı Prezident Administrasiyasının mətbuatımıza olan münasibətinin müsbət göstəricisi idi". Onun sözlərinə görə, müşavirəyə faktiki olaraq ölkənin bütün spektrini əhatə edən media qurumlarının rəhbərləri dəvət edilmişdi: "Dövlət əhəmiyyətli məsələlərlə bağlı müşavirənin keçirilməsi mətbuat tarixində yeni mərhələdir. Bu da Prezident Administrasiyasının bütün məsələlərlə bağlı media kapitanları ilə ətraflı şəkildə müzakirə aparması məqsədi daşıyırdı. Bu, həm mediaya olan etimadın bariz göstəricisi oldu". O əlavə edib ki, bir müddət əvvəl cəbhə bölgəsində yaranan gərginlik vaxtı ciddi nöqsanlar baş verdi: "Lakin iddialı media qurumları həmin vaxtlar bir sıra səhvlərə yol verdilər. Bu kimi ciddi nöqsanlar dünənki görüşdə geniş müzakirə mövzusu oldu. Halbuki ölkə mətbuatının peşəkarlıq səviyyəsi bütün çağırışlara cavab vermək əzmində olmalı idi. Müşavirədə media nümayəndələrinə hüquqi vəzifə borcları bir daha xatırladıldı birgə fəaliyyət göstərəcəyimiz istiqamət vurğulandı. Eyni zamanda Azərbaycan cəmiyyətinin informasiya təhlükəsizliyi ilə bağlı vacib məsələlər qeyd olundu. Ramiz Mehdiyevlə yanaşı, digər rəsmi şəxslərin çıxışı bir daha göstərdi ki, dövlət mətbuatda yer alan xəbərləri ən kiçik detallarına kimi təhlil edir nəticələr çıxarır. Bu da təbii ki, önəmli faktorlardan biridir. Düşünürəm ki, bu günə qədər fəaliyyətlərində səhvlərə yol verən mətbuat işçiləri bu tövsiyələrdən nəticə çıxaracaq, bundan sonrakı fəaliyyətlərini milli maraqlara uyğun şəkildə quraraq işlərini daha da təkmilləşdirəcəklər".

"Azərbaycanın hər bir vətəndaşı ölkənin müharibə şəraitində yaşadığını heç vaxt unutmamalıdır". Bu fikirləri isə  AZADİNFORM-a açıqlamasında Mətbuat Şurasının üzvü, "APA-Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı deyib. O bildirib ki, Qarabağ müharibəsi ölkə başçısının da dəfələrlə qeyd etdiyi kimi hələ bitməyib, ancaq müharibənin birinci mərhələsi yekunlaşıb: "Biz müharibə şəraitində yaşayan ölkəyik. Avqustun əvvəlində baş vermiş hadisələr göstərdi ki, bu, qətiyyən "dondurulmuş münaqişə" deyil, biz düşmənin informasiya, virtual real təxribatı ilə hər an üzləşə bilirik. Həm cəbhədə, həm informasiya məkanında bunlar baş verə bilir baş verir".

V.Mahirqızı deyib ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər bu ölkənin maraqlarını strateji mənafelərini nəzərə almalıdırlar: "Əlbəttə ki, müharibə şəraitində yaşayan ölkənin KİV-ləri müharibə şəraitində işləməyi öyrənməlidirlər. Mən iradları haqlı hesab edirəm. Hesab edirəm ki, ermənilər tərəfindən cəbhədə baş vermiş son təxribat zamanı KİV-lər kifayət qədər peşəkar işləyə bilmədilər. Söhbət, əlbəttə, köklü tarixi olan KİV-lərdən yox, daha çox internet media resurslarından gedir. Qəzetlərimiz televiziyalarımız  daha çox bu mövzularda korrekt idilər. Onların əksəriyyəti 1989-cu ildən bu günədək hələ I Qarabağ müharibəsi illərində çap olunublar keçmiş müharibədən aldıqları dərs var. Mən hesab edirəm ki, son hadisələrdən internet media resurslarının dərs alması, gələcəkdə daha peşəkar fəaliyyət göstərmələri lazımdır".

"APA-Holding" MMC-nin prezidenti deyib ki, sonuncu dəfə ermənilərin cəbhədə törətdiyi təxribatda KİV-lərin davranışı yol verdikləri nöqsanlarla bağlı hörmətli Ramiz Mehdiyevin geniş təhlilində konkret faktlar, tənqidlər, hansı qanunların maddələrinin pozulması göstərilib: "Eyni zamanda Prezident Administrasiyasının şöbə müdirləri çıxışlar etdilər mediada olan boşluqları, qeyri-peşəkarlıqları göstərdilər. Mən hesab edirəm ki, biz Mətbuat Şurasının üzvləri, redaktorlar olaraq, bunun üçün müzakirələr aparmalıyıq, kollektivlərdə bu, müzakirə olunmalıdır. Biz artıq öz kollektivimizdə bunu müzakirə etmişik ki, burada bizə aid olan nöqsanlar nələrdir, onların aradan qaldırılması istiqamətində mütləq görülməlidir. Mən düşünürəm ki, Azərbaycan mediası hər an belə bir vəziyyətlə qarşılaşa bilər, çünki müharibə davam edir. Növbəti dəfə bir daha belə səhvləri etməmək üçün, mediamız Ramiz Mehdiyevin tövsiyələri üzərində ciddi dayanmalı onların həyata keçirilməsinə çalışmalıdır".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Gündəlik Teleqraf"a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qəzet media prinsiplərinə əməl edən peşəkar bir qurumdur: "Hesab edirəm ki, Ramiz Mehdiyevin müşavirədə dediyi iradlar yeni, təcrübəsiz jurnalistləri öz ətrafına toplayıb özünü qeyri-peşəkar aparan mediaya aiddir. Bu cür media ilə bağlı mən dəfələrlə narazılığımı bildirmişəm. Ramiz Mehdiyevin narahatlığı ali dövlət hakimiyyətinin mediadakı bu başıpozuqluğun qarşısının alınmasına yönələn çox ciddi siqnal oldu. Düşünürəm ki, bizim bəzi "həmkarlar" bundan mütləq nəticə çıxarmalıdır. Ramiz Mehdiyevin çıxışı barədə "İdarəçilik akademiyasında jurnalistika dərsi" adlı böyük məqalə yazmışam, onun məruzəsi ilə bağlı fikirlərimi bildirmişəm. Çox sanballı, dövlətin mövqeyini Azərbaycan mətbuatına anladan məruzə idi. Ramiz Mehdiyevin dediyi məsələlərə "525-ci qəzet" həmişə əməl edib. Azərbaycan Prezidenti "Jurnalistlərin dostu" mükafatı alanda da demişdim ki, media təkcə bəd xəbərlər yayan bir qurum olmamalıdır. Media həm müsbət hadisələri deməlidir. Bunu dəfələrlə Azərbaycan Prezidenti vurğulayıb. Mən hesab edirəm ki, ancaq neqativləri qabartmaq düzgün deyil. Bu gün Azərbaycan mediasına baxan hər bir adam orada ancaq ölüm-itim, neqativ məqamların olduğunu görür. Ramiz Mehdiyev məruzəsində ali məktəbə 650-dən çox bal toplayan şagirdlərin əksəriyyətinin zəhmətkeş ailənin övladı olduğunu vurğuladı dedi ki, media bu tipli məqamlara diqqət yetirməli, bu adamları nümunə kimi göstərməlidir, yaxşını, müsbət məqamları, Azərbaycanın uğurlarını qabartmalıdır. R.Məcid qeyd edib ki, mediadakı sayğaclar, "İP" qazanmaq tendensiyası arxa plana keçməlidir: "PA rəsmisi Əli Həsənovun çıxışında "İP" məsələsinə toxundu. Bu, medianı qeyri-ciddi yola aparır. Necə ki, vaxtilə televiziyalar reytinq dalınca qaçıb evdar qadınların dünyagörüşünə uyğun şit bayağı KİV-ə çevrildi, bir sıra "İP" dalınca qaçan saytlar da sonda bayağı qeyri-ciddi quruma çevriləcəklər. "525-ci qəzet" həmişə peşəkarlığa əməl edən bir qurum olub. Heç vaxt hay-küy, şayiə ardınca qaçmayıb. Biz düz yoldayıq bu yolla da gedirik. Ətrafda olan "İP" vuruşmaları, rəqabət bizə aid deyil. "525-ci qəzet" öz yerində durub həmişə duracaq".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu  vurğulayıb ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə Azərbaycanın informasiya təhlükəsizliyinə dair bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunan müşavirədə olduqca vacib çağırışlar səsləndi. Azərbaycanın informasiya məkanının təhlükəsizliyinin təmin olunması ilə bağlı Ramiz Mehdiyev tövsiyə məsləhətlərini verdi. Baş redaktor bildirib ki, hər bir ölkənin milli mətbuat məkanının təhlükəsizliyinin təmin olunması milli maraqlar baxımından prioritet istiqamətlərdən biridir: "Xüsusilə müharibə şəraitində olan Azərbaycanın informasiya məkanın idarə olunması milli maraqların təmin olunması üçün yönləndirilməsi aktual məsələdir. Bir müddət əvvəl ön cəbhədə atəşkəsin pozulmasına paralel olaraq Azərbaycanın informasiya məkanında sanki lokal bir müharibə başlandı. Bu informasiya müharibəsi bir çox hallarda ölkə mediasında milli maraqlarımıza uyğun olmayan şəkildə özünü büruzə verdi. Belə ki, ayrı-ayrı media orqanlarında, xüsusilə sosial mediada hərbi sirr sayılacaq məlumatların yayımlanması, ordumuzun müəyyən hissəsinin dislokasiyası, ordu rəhbərliyində təmsil olunan yüksək rütbəli zabitlərin yeri ilə bağlı müxtəlif məlumatların mətbuata sızdırılması düşmən tərəfindən kəşfiyyat məlumatı kimi qəbul olunurdu. Ona görə müşavirədə bir daha xatırladıldı ki, bu cür hallar yolverilməzdir. Çünki belə informasiyaları yaymaqla düşmən tərəfə düzgün hərbi kəşfiyyat məlumatları ötürmüş oluruq". O deyib ki, müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev diqqəti çox vacib bir məsələyə yönəldərək vurğulayıb ki, Azərbaycanda mövcud olan müxtəlif vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, insan hüquqları təşkilatları transmilli medianın Azərbaycan xidmətləri bəzi hallarda ictimai rəyə dezinformasiya ötürməklə məhz ictimai rəylə manipulyasiya edir: "Eyni zamanda bu fikirlər Azərbaycanın sosial mediasına da şamil olundu. Çünki bəzi hallarda Azərbaycanın sosial mediası, ayrı-ayrı informasiya portalları, saytlar, həqiqi olmayan manipulyativ informasiyanı yaydılar. Bu informasiyalar zərərli idi. Azərbaycanda hərbi-psixoloji vəziyyətin pisləşməsinə, bəzi hallarda ictimai rəyin eyforiya vəziyyətinə çatdırılmasına xidmət edirdi. Müşavirədə bir daha qeyd edildi ki, belə hallar yolverilməzdir. Gələcək belə hallar təkrar olunsa, Azərbaycanda hərbi sirlərin yayılmasına görə müvafiq cəza tədbirləri görüləcək. Ona görə hər bir halda media milli maraqlara xidmət etməlidir".  Onun sözlərinə görə, müharibə şəraitində olan Azərbaycanda müstəqil mətbuata mütləq şəkildə nəzarət olunmalıdır: "Əks təqdirdə Azərbaycanın informasiya məkanın təhlükəsizliyini qoruya bilmərik. Hesab edirəm ki, bu faydalı fikirlər gələcəkdə Azərbaycan mediasının fəaliyyət istiqamətinin paradiqmalarını təşkil edəcək. Ramiz Mehdiyevin müşavirədə səsləndirdiyi fikirlər Azərbaycan mediasının bundan sonrakı fəaliyyətində istiqamətverici tezis kimi çıxış edəcək".

Məsələyə münasibət bildirən "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli deyib ki, ölkəmizin milli maraqlarına zərbə vurmaq istəyən bir çox dairələrin öz məqsədlərini məhz media platformasında həyata keçirdiyindən bu, bir çox hallarda ifadə azadlığının böhranı, fikir müxtəlifliyinin deqradasiyası kimi başa düşülür: "Jurnalistikanın adından müxtəlif vasitələrlə, xüsusən müharibə şəraitində yaşayan ölkənin hətta müdafiə potensialına zərbə vurmaq niyyəti ilə istifadə edəndə bu peşənin mənsubları, bütünlükdə jurnalistlərin əməyinin üzərinə kölgə salınır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilmiş müşavirədə səslənən fikirlər ciddi media ilə təxribat fəaliyyəti ilə məşğul olan dairələr arasındakı pərdəni aradan qaldırdı, qələm əhlinin proseslərə daha obyektiv yanaşmağa səslədi". Natiq Məmmədlinin sözlərinə görə, hələ 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışı zamanı Şuranın İarə Heyətinin üzvləri ilə görüşən Prezident İlham Əliyev yeni çağırışlar zamanı medianın qarşısında duran vəzifələr dövlətin görmək istədiyi mətbuat haqqında proqram xarakterli fikirlərini bildirmişdi. Artan beynəlxalq təzyiqləri ədalətsiz hesab edən dövlət başçısı bütün bunları ikili standartların təzahürü kimi qiymətləndirməklə yanaşı birmənalı olaraq bildirmişdi ki, belə hallara cavab vermək üçün Azərbaycana güclü media lazımdır".

N.Məmmədli daha sonra deyib ki, Azərbaycan jurnalistləri öz gündəlik işlərində təkcə peşə davranış qaydaları prinsipləri ilə işləməməli, həm müharibə aparan bir ölkənin vətəndaşı olduqlarını nəzərə almalıdırlar: "Təəssüf ki, yaxın tariximizdə baş verən hadisələr zamanı, yaxud da hansısa ekstremal situasiyada məkrli qüvvələr daha çevik hərəkət edir ölkənin imicinə zərbələr vurular. Bu mənada R.Mehdiyevin çıxışından irəli gələn məsələləri təhlil etsək aydın olar ki, dövlətimizin inkişafını istəməyən qüvvələr, habelə onların yedəyində gedən "beşinci kalon" təmsilçiləri bu illər ərzində qarayaxmalarından qalmayıblar. Ölkəmizin gücü-qüvvəti artdıqca onu istəməyən dairələrin məkrli planları, dövlətin xalqın imicini ləkələmək niyyətləri səngimir. Bütün bunları nəzərə alan R.Mehdiyev haqlı olaraq dedi ki, KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyini bildirən R.Mehdiyev ölkəmizin bütün müstəvilərdə böyük uğurlara imza atdığını vurğuladı, ölkədə ifadə azadlığının təmin olunmasından sui-istifadə edən, Azərbaycanda inkişaf-quruculuq işlərini görməyib, buna qara yaxan dairələrin mövcudluğunda təəssüfləndiyini dedi. R.Mehdiyev bu yaxınlarda cəbhədə atəşkəsin pozulması zamanı bəzi media qurumlarının, xüsusən bir çox saytların ölkənin milli maraqlarına ciddi davrandıqlarını, hərbi sirr kimi qorunan məlumatların tirajladıqlarını vurğuladı, hər bir jurnalist üçün əsas amalın Vətən olduğunu bildirən akademik mətbuat orqanlarının yoxlanılmamış məlumatlar verməkdən çəkinməyə çağırdı bununla bağlı tövsiyələrini bildirdi. Düşünürük ki, Azərbaycan jurnalistləri bu müşavirədə səslənən fikirlərdən lazımi nəticələr çıxaracaqlar. Bu, ciddi mətbuatın inkişafına böyük impulslar verəcək".

"İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib ki,  Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə çox vacib dəyərli məsələlərlə bağlı müzakirələr aparıldı. Müşavirədə hər bir Azərbaycan vətəndaşının ürəyindən keçən fikirlər ifadə olundu.

V. Rəhimzadənin sözlərinə görə, akademik Ramiz Mehdiyev Azərbaycan cəmiyyətini düşündürən, hər bir fərd üçün dəyərli əhəmiyyətli olan informasiya təhlükəsizliyi ilə bağlı konkret məsələləri müşavirə iştirakçılarının nəzərinə çatdırıb: "Ümumiyyətlə, Azərbaycanda güc strukturları müəyyən mənada qapalı qurumlardır. Ordunun qüdrətinin artması dövlətin gücünün göstəricilərindən başlıca şərtlərindəndir. Bununla bağlı yanlış informasiyaların Azərbaycanın həm elektron, həm yazılı mətbuatında yer alması, həmin məlumatları Azərbaycanda olan satqın insanların bəzi beynəlxalq təşkilatların qurumların nəzərinə çatdırması bunun əsasında qeyri-dəqiq rəyin formalaşdırılması halları olur. Bu cür hallar milli dövlətçilik maraqlarına zərbə vurmaq cəhdindən başqa bir şey deyil". V.Rəhimzadə bildirib ki, Azərbaycanda satqın, xəyanət yolu tutan QHT nümayəndələri ilə yanaşı, media əməkdaşları da var: "Bu sırada radikal müxalifət mətbuat orqanları da fəallıqları ilə seçilirlər. Xüsusilə "Azadlıq" qəzetini buna misal çəkmək olar. Bu qəzetin yazıları qərəz, şər böhtandan ibarətdir. Məqsədləri isə Azərbaycanda dövlətin imicini sarsıtmaq, dövlətçiliyə xələl gətirmək, insanlara qarşı qərəz, şər-böhtan yaxmaqdan ibarətdir. Bu ölkənin suyunu içib, çörəyini yeyəsən, havasını udasan, amma dövlətinin mənafeyinə zərbə vurasan. Belələrinə yalnız xəyanətkar satqın insan demək olar". Baş redaktor deyib ki, Azərbaycanla bağlı dərc olunan şər-böhtanı düşmən erməni mətbuatı öz səhifələrində, erməni mətbuatında dərc olunanları isə bunlar öz səhifələrində dərc edirlər: "Buna satqınlıq xəyanətdən başqa ad vermək mümkün deyil. Mətbuat Şurası olaraq, digər məsələlərlə bağlı biz dəfələrlə "Azadlıq" qəzetinə xəbərdarlıq etmişik".

Modern.az saytının rəhbəri Elşad Eyvazlı isə bu kimi tədbirlərin dövlətçilik üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün hər kəs əvvəlcə öz fəaliyyətinə nəzər yetirməlidir: "Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərməmək, dövlətçiliyə qarşı çıxmamaq üçün bircə səbəb var: azərbaycanlı olmaq. Qeyd olundu ki, bu gün bəzi xəbər saytları reytinq dalınca qaçır, oxucuların sayını göstərən sayğaclara məqsədli müdaxilə olunur s. Nəyə lazımdır? Hər kəs cəmiyyət qarşısında hesabat verməlidir. Əgər kiminsə səhvi varsa, dövlətçiliyə, milli maraqlara zidd fəaliyyət göstərirsə, səhv məlumat yayırsa, cəmiyyətə hesabat verməlidir. Biz, əlbəttə ki, hüquq-mühafizə təşkilatı deyilik. Amma biz istəyirik ki, kim dövlətə, millətə qarşı fəaliyyət göstərirsə, bunlar araşdırılsın, hüquqi qiymət verilsin. Hazırda Mətbuat Şurasında mediada Qarabağ mövzusu ilə bağlı araşdırma aparılır. İlin sonunda nəticələr açıqlanacaq. Onda kimin bu problemə yanaşması, onu təqdim etməsi hansı səviyyədədir, ortaya çıxacaq. Ya da başqa bir problemə nəzər yetirək. Jurnalistin istehsal etdiyi məhsul onun yazdığı yazıdır. Bu, onun əziyyətinin bəhrəsidir. Amma mən öz yazdığım yazıdan həzz ala bilmirəm. Çünki yazını yazırsan, sayta qoyursan, bir saatdan sonra o yazı sənin deyil. ya bir qəzetdə hansısa məqalə çıxır. Bir dəqiqə sonra başqa bir sayt o yazını öz məhsulu kimi təqdim edir. Artıq oxucu üçün maraqlı deyil ki, yazı müəllifi olan qəzetə baxsın. Bu da başqa ciddi problemdir".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində çoxdan vaxtı çatmış məsələlər müzakirə olundu: "Müşavirədə ölkə mətbuatının bugünkü vəziyyəti ilə bağlı müəyyən fikirlər səsləndirildi, milli təhlükəsizliyin yüksək səviyyədə həyata keçirilməsində medianın rolu geniş şəkildə təhlil olundu".  Onun sözlərinə görə, görüşdə bir çox istiqamətlər açılıb: "Həmin istiqamətlərdə həm mövcud vəziyyət təhlil olundu, həm medianın qarşısında duran vəzifələr konkret olaraq göstərildi. İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi informasiya təhlükəsizliyinin yüksək səviyyədə həyata keçirilməsində medianın vəzifələri dəqiq müəyyən olundu. Fikrimcə, bu cür məruzəyə, açıq söhbətə çoxdan ehtiyac var idi. Ramiz  Mehdiyev məruzəsi ilə Azərbaycan mediasının bundan sonra müharibə qanunları şərtləri ilə fəaliyyət göstərmə mərhələsinə keçidini təmin etdi". Baş redaktor qeyd edib ki, cəbhədəki son hadisələr mediada informasiya milli təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı çox böyük boşluqların olmasını ortaya çıxarıb: "Ona görə bu məruzəyə ehtiyac var idi. Bu mərhələdə medianın üzərinə çox böyük vəzifələr düşəcək. Çoxsaylı media orqanlarımızın müəyyən bir qismi bu mərhələnin vəzifələrini lazımi qədər dərk edərək, növbəti mərhələyə keçid edə biləcək. İstisna deyil ki, onların müəyyən bir hissəsi bu mərhələdə mövcudluğunu itirsin. Burada söhbət milli dövlət təhlükəsizliyi ilə bağlı medianın daha məsuliyyətli olmasından gedir. Məsuliyyətli olan media orqanları yaşayacaq, olmayanlar isə qanun qarşısında cavab verməli olacaq. Bu görüşü tarixi əhəmiyyətli hadisə hesab edirəm".

"Azərbaycanda bəzi KİV-lər bəzən ölkəmizin müharibə şəraitində olduğunu unudur hətta uzağa gedərək hərbi mövzuda mətbəx söhbətlərini işıqlandırırlar". Bu fikirləri isə "Trend" İnformasiya Agentliyinin baş redaktorunun müavini, agentliyin Azərbaycan xəbərlər xidmətinin rəhbəri Emil Hüseynli deyib. E.Hüseynlinin sözlərinə görə, müşavirə bir daha göstərdi ki, bəzi KİV-lər ümummilli məsələlərdə informasiya süzgəcindən peşəkarcasına istifadə edə bilmirlər, yarana biləcək gərgin hərbi-siyasi vəziyyətə hazır deyillər, hətta müharibə şəraitinin xüsusiyyətlərini unudurlar. Baş redaktor müavini hesab edir ki, müşavirədə söylənilən fikirlər Azərbaycan mətbuatının üzərinə yeni vəzifələr qoydu: "Düşünürəm ki, hər bir media orqanı buraxılan səhvləri, müharibə şəraitinin reallıqlarını təhlil edəcək. Ermənistanın təxribatçı mediası ilə üz-üzə olduğunu başa düşüb, hərbi mövzuya diqqət yetirəcək". O bildirib ki, Azərbaycanda xüsusi statusa malik olan mətbuat nümayəndələri sosial şəbəkələrdə yazdıqlarına da diqqət yetirməlidirlər. Çünki sosial şəbəkələrdə yazılan statuslar bəzən ictimai müzakirələrə səbəb olur, nəticədə cəmiyyətdə müəyyən gərginlik yaşanır: "Bildiyiniz kimi, müşavirədə bununla bağlı da iradlar bildirildi. Ona görə hər bir redaksiyada sosial şəbəkələrlə bağlı jurnalistlər maarifləndirilməlidir". E.Hüseynli həmçinin qeyd edib ki, Azərbaycan mediasında dezinformasiyalara yol açılmaması üçün dövlət qurumlarının mətbuat xidmətləri mətbuatla daha sıx işləməli, hadisələrə daha operativ reaksiya verməlidir.

PƏRVANƏ

 





04.09.2014    çap et  çap et