525.Az

Belarus prezidenti Allahşükür Paşazadəyə orden verib


 

Belarus prezidenti Allahşükür Paşazadəyə orden verib<b style="color:red"></b> Belarus prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Fransisk Skorina ordeni ilə təltif edib.
 
QMİ-dən APA-ya verilən məlumata görə, A.Paşazadə bu mükafata Belarus-Azərbaycan dövlətlərarası dialoqun inkişafına verdiyi əhəmiyyətli şəxsi töhfəsi, Belarus və Azərbaycan arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyəti və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə layiq görülüb.
 





04.09.2014    çap et  çap et