525.Az

“Bərəkət” İctimai Birliyi tərəfindən "Biznesə başla" təlim kitabı hazırlanıb


 

“Bərəkət” İctimai Birliyi tərəfindən "Biznesə başla" təlim kitabı hazırlanıb<b style="color:red"></b>

“Bərəkət” İctimai Birliyi tərəfindən Tovuz rayonu üzrə Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri göstərilməsi istiqamətində “Məsləhət xidmətlərinin təşkili” və “Regiona uyğun KOB-ların inkişaf Planı” adlı Proqramlar hazırlanıb.

525.az xəbər verir ki, “Bərəkət” İctimai Birliyi tərəfindən 24 moduldan ibarət olan "Biznesə başla" təlim kitabı hazırlanıb. Sözügedən kitab regionunun iqtisadi potensialına uyğun olaraq iqtisadiyyat müxtəlif sahələrini əhatə edib.

Əlavə olaraq KOB subyektləri üçün şərab istehsalı, soyuducu anbar qurulması, yerkökü istehsalı üzrə və digər mövzularda ilkin texniki iqtisadi əsaslandırma olmaqla biznes planlar işlənib hazırlanıb.

Həmçinin Tovuz, Ağstafa və Qazax rayonlarının potensial investisiya layihələr kataloqu hazırlanıb.

 





26.05.2022    çap et  çap et