525.Az

Latviya sərxoş sürücülərin avtomobillərini Ukraynaya bağışladı


 

Latviya sərxoş sürücülərin avtomobillərini Ukraynaya bağışladı<b style="color:red"></b>

Latviyada sərxoş olduğu müəyyən edilən sürücülərə məxsus 271 avtomobilin Ukraynaya hədiyyə edildiyi açıqlanıb.

525.az "Delfi" xəbər portalının məlumatına əsasən xəbər verir ki, Latviya Parlamenti (Saeima) fevralın 16-dan bəri sərxoş sürücülərin avtomobillərinin tutularaq Ukraynaya bağışlanmasına icazə verən qanun layihəsini qəbul edib.

Qanunun qüvvəyə mindiyi gündən ələ keçirilən 903 min 453 avro dəyərində 271 avtomobil Ukraynaya gətirilib, 34 avtomobilin isə yaxın vaxtlarda göndərilməsi gözlənilir.

Malik Atilay

 





26.12.2023    çap et  çap et