525.Az

Azərbaycan və İran XİN başçıları Ermənistanla normallaşma prosesini müzakirə ediblər


 

Azərbaycan və İran XİN başçıları Ermənistanla normallaşma prosesini müzakirə ediblər<b style="color:red"></b>

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə 525.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.

 





26.12.2023    çap et  çap et