525.Az

Ya əvvələ, ya da heçliyə!..


 

Ya əvvələ, ya da heçliyə!..<b style="color:red"></b>

Hərdən düşünürəm ki, biz insanlar bu dünyaya aid deyilik.

Ona görə ki, yer üzündə yaşayan, amma ona heç cür uyğunlaşa bilməyən yeganə canlı növüyük. Öz təbii imkanlarına qane olmaq kimi genetik bir mirasımız yoxdur.

Qadağan olunmuş meyvə, ilk günah cənnətdən qovulma. Allaha qurban olum, bizi necə nədən yaratdığını onun özündən başqa heç kim bilmir. Amma dünya milyon illərdir Adəmin palçıqdan, Həvvanın isə onun qabırğasından yaranması rəvayətləri ətrafında fırlanır. Amma rəvayət olsa, bir günah bir sürgünlə dünya həyatını başladan insanın özünə üçün belə bir başlanğıcı rəva gördüyü məni həmişə maraqlandırıb. Bəlkə həqiqətən özünü bu dünyaya aid hiss etmədiyi üçün

Yer üzündə imtahan verdiyinə inanan insanın, bu imtahandan keçər ya keçməz həyəcanı ilə davam etdirdiyi ömrü boyunca, özünə əmanət edilən dünyanı yaman günə qoyduğu, acı da olsa, bir həqiqətdir.

Yer üzündə varlığını davam etdirə bilmək üçün müxtəlif alətlər düzəltməyi öyrənən yeganə ağıllı varlıq olan insan, qabiliyyətini inkişaf etdirərək təxəyyüllə nail olduğu kəşf icadları elə şişirtdi ki, sonunda özü icad etdiyi elm texnologiyanın arxasınca sürününən yazıq bir varlıq oldu.


İnsanlığın
mülkiyyət üzərində inşa etdiyi sivilizasiya dünyanın erkən sonunu gətirməkdədi. Həyat mülkiyyət əlaqələrinin pəncəsində can verir. Yer üzünü bütün canlılar üçün yararsız hala gətirmək bahasına ələ keçirən insan, çox yaxşı bilir ki, dünya heç onun özünə yarolmayacaq.


Məncə
, yer üzündəki ən böyük günah, dünyanın talan edilməsinə gətirib çıxaran pul mülkiyyətdir. Bu böyük günahı ortadan qaldırmağa heç bir peyğəmbərin dinin gücü çatmadı.


Bu
əsr, itmiş vicdanlarımızın oda atdığı həyatlarımızın böyük faciəsinin yazılacağı əsrdir. Susqun vicdanlarımız əsrin faciəsini hazırlayır. Həyatın özü olduğu, yeni bir faciə… “Yer üzünə əlvidaadlı bir pərdəli son tamaşa

Odur ki, “Faciələr bitdideməyə tələsməyək, çünki insanlığın ən böyük faciəsi hələ yeni yazılmağa başlayır. Aclıqdan haradasa sümükləri dərisindən çıxan, iri gözləriylə məzlum-məzlum bizə boylanan somalili uşaqların, təbii fəlakətin müharibələrin ac yetim qoyduğu körpələrin fotoşəkillərinə baxıb köks ötürürük. Elə bir ucdan kədər hüznlərimizi yazırıq, amma o uşaqlar yenə acdır, ac uşaqların qarnını doyurmağa isə, bu hərf yığınları, kəlmə topaları olan cümlələr yetmir ki yetmir... İnsanlar, dünyada yaşanan böyük fəlakətləri ancaq iqtisadi zərər ölçüsü ilə qəbul edir. Yaşanan bu faciələrdə ölən insanlardan yalnız ədəd olaraq danışılır. Ölü sayı iki minmi, on minmi, əlli minmi? Kimin vecinədi ki.... Allaha şükür ki, iqtisadiyyat ağır yara almayıb. Əsas olan da budu. …

Öz növünü yox etməyə qərarlı insanlığın bir tərəfdən İnsan hüquqları qoruması (hələ Qurban bayramı ərəfəsində qoyunların haqlarını müdafiə adıyla canfəşanlıq edənləri demirəm) qədər gülünc görsənir.

Varlıq ilə heçlik, faciədən qaçışla faciəyə qaçış, təsadüf ilə qismət arasında qalan insan bütün nəticələrin mücərrədləşdiyi ümidlərin sönməkdə olduğu bu çağın ortasında, törəyişdən tükənişə uzanan yolda, qaranlıqların ağuşunda nəğmələr oxuyur - qorxaq cəsur, cahil müdrik, məsum günahkar kimi

 

 





07.11.2012    çap et  çap et