525.Az

Almaniyada Azərbaycanla bağlı portal yaradılır


 

Almaniyada Azərbaycanla bağlı portal yaradılır<b style="color:red"></b>

Sentyabrın 4-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xarici ölkə QHT-ləri üçün elan etdiyi müsabiqənin qaliblərindən olan Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalayıb.

Məlumat “Media forum” saytına şuranın mətbuat xidmətindən verilib.

İmzalanma mərasimində QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qeyd edib ki, Almaniya-Azərbaycan Forumunun tədqiqatları Almaniya mətbuatında 1988-2013-cü illərdə Azərbaycan haqqında birtərəfli, bəzi hallarda qərəzli məlumatların dərc edilməsi faktlarını aşkarlayıb:
 
“İnanırıq ki, bu gün imzalanan layihə çərçivəsində yaradılacaq informasiya portalı Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, eləcə də müstəqil dövlət olaraq əldə etdiyi bütün nailiyyətlər haqqında alman ictimaiyyətini yetərincə məlumatlandıracaq və Almaniyada Azərbaycan haqqında ilkin, etibarlı məlumat bazası olacaq”.

 





04.09.2014    çap et  çap et