525.Az

Milli Hidrometeorologiya Xidməti yenidən əhaliyə xəbərdarlıq edib


 

Milli Hidrometeorologiya Xidməti yenidən əhaliyə <b style="color:red"> xəbərdarlıq edib</b>

“Bakıda və Abşeron yarımadasında dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir”.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimalı var.

 





28.12.2023    çap et  çap et