525.Az

Azərbaycan Mərkəzi Bankı gələn il üçün iqtisadi artım proqnozunu açıqlayıb


 

Azərbaycan Mərkəzi Bankı gələn il üçün iqtisadi artım proqnozunu açıqlayıb<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə real iqtisadi artım tempinin 3-3,5% civarında olmasını gözləyir.

525.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında iqtisadi artım proqnozlaşdırılır.

"Növbəti ildə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impluslar verəcək", - deyə bəyanatda qeyd olunub.

 





28.12.2023    çap et  çap et