525.Az

Bakı-Ələt yolunda tıxac yaranıb


 

Bakı-Ələt yolunda tıxac yaranıb<b style="color:red"></b> Bu dəqiqələrdə Bakı–Ələt magistral yolunda böyük tıxac yaranıb.

Lent.az-ın məlumatına görə, magistralın Lökbatan və Sahil qəsəbəsi arasında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, yolun şəhərdən rayonlara gedən istiqaməti bağlanıb. Bütün avtomobillər, eləcədə şəhərdən çıxan maşınlar əks istiqamətə yönləndirilib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, həmin istiqamətdə hər hansı qəza baş verməyib və təmir işləri görülür.
 
Qeyd edək ki, Bakı-Ələt yolunda təmir işlərinin görülməsi ilə bağlı ictimaiyyətə hər hansı məlumat verilməyib. 
 





04.09.2014    çap et  çap et