525.Az

"Tesla" fabrikində robot işçiyə hücum etdi


 

"Tesla" fabrikində robot işçiyə hücum etdi<b style="color:red"></b>

"Tesla" mühəndisi şirkətin Ostin yaxınlığındakı "Giga Texas" fabrikində nasazlıq zamanı robotun hücumuna məruz qalıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Tesla"nın Texasdakı fabrikində baş verən qəzanın təfərrüatları ortaya çıxıb.

Hadisə şahidlərinin sözlərinə görə, "Tesla"nın robotu mühəndisə hücum edib.

İşçiləri təcili söndürmə düyməsini sıxmağa məcbur edən qəza nəticəsində ətraf "qan gölü"nə çevrilib.

Qeyd edək ki, fabrikdə işçilərlə görüşən hüquqşünas deyib ki, onların qəzalarla bağlı rəsmi qurumlara “məlumat vermədikləri”nə dair sübutlar var.

Malik Atilay

 





28.12.2023    çap et  çap et