525.Az

Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub


 

Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub<b style="color:red"></b>

Növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub.

525.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, növbədənkənar Prezident seçkiləri ilə bağlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi işini davam etdirir.

Nazir bildirib ki, proses artıq başlayıb: "Xarici ekspertlər artıq ölkəyə dəvət olunub. Həmçinin xarici media nümayəndələrinin ölkəmizə səfəri gözlənilir".

C.Bayramov qeyd edib ki, seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılır.

 





28.12.2023    çap et  çap et