525.Az

“Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib


 

“Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviq edilməsi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında 2-ci dəfə keçirdiyi "Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib.

525.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, qaliblərlə keçirilən görüşdə qurumun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi istiqamətində kredit təşkilatlarının rolunun əhəmiyyətini vurğulayıb, müsabiqə iştirakçılarına təşəkkür edib. O, bildirib ki, müsabiqə çərçivəsində Fondun müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri 110 layihəyə ümumilikdə 46,6 milyon manata yaxın güzəştli kredit ayırıb.

Müsabiqə komissiyasının qərarına əsasən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələri üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə "Rabitəbank" ASC-nin nümayəndəsi Səbuhi Əzizxanlı, 2-ci yerə “Bank Respublika” ASC-nin nümayəndəsi Rəhim Rəhimov, 3-cü yerə "Kapital Bank" ASC-nin nümayəndəsi Səbuhi Yusifzadə layiq görülüb.

Qaliblər diplom və pul mükafatları ilə təltif ediliblər.

 





29.12.2023    çap et  çap et