525.Az

Samuxda mərkəzi park yenidən qurulur


 

Samuxda mərkəzi park yenidən qurulur<b style="color:red"></b>

Samux rayonunda əhalinin ən çox istirahət etdiyi yerlərdən olan Heydər Əliyev prospektindəki mərkəzi parkda davam edən əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir.

525.az xəbər verir ki, parkdakı köhnə üzlük daşları sökülərək 4200 kvadratmetr sahədə müasir bəzək daşları ilə əvəz olunub, 664 p/m uzunluğunda səki daşları yenisi ilə dəyişdirilib, fəvvarələr, oturacaqlar, işıqlandırma sistemi əsaslı təmir edilib, uşaqlar üçün yeni attraksionlar quraşdırılıb, 4 ədəd söhbətgah tikilib, bəzək ağacları və gül kolları əkilib.

Təmir və yenidənqurma işlərinin dekabrın 30-dək başa çatdırılması və bayram günlərində sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

 





29.12.2023    çap et  çap et