525.Az

DYP bayram günlərində avtobus sahibləri və sürücülərə çağırış edib


 

DYP bayram günlərində avtobus sahibləri və sürücülərə çağırış edib<b style="color:red"></b>

Baş Dövlət Yol Polisi İdərəsi şəhərlərarası (rayonlararası) müntəzəm marşurutlar üzrə sərnişinlərin təhlükəsiz daşınması məqsədilə bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edib.

İdarədən 525.az-a verilən məlumata görə, daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirilməsini, uzaq məsafələrə nəzərdə tutulan marşurutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasını, sürücülərin reysqabağı tibbi müayinəsinin aparılmasına və avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunması tövsiyə edilib.

Qeyd olunub ki, bayram günləri ərəfəsində paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində nəzərəçarpacaq artım müşahidə edilir: "Lakin bir sıra hallarda bu sahədə müəyyən olunmuş qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. Sərnişinlərdən isə öz təhlükəsizliklərinə biganə qalmamaq, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərindən istifadə etməmək xahiş olunur. Qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onların da reysqabağı tibbi müayinədən keçirilməsi mümkünsüz olur". ​

 





29.12.2023    çap et  çap et