525.Az

"Qarabağ və Şərqi Zəngəzura 11,2 milyard manatdan çox vəsait ayrılıb" - Maliyyə Nazirliyi


 

"Qarabağ və Şərqi Zəngəzura 11,2 milyard manatdan çox vəsait ayrılıb" - <b style="color:red">Maliyyə Nazirliyi</b>

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 11,2 milyard manatdan çox vəsait ayrılıb.

525.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib.

“Bu il azad edilmiş rayon və şəhərlərdə bir sıra iri infrastruktur obyektlər istifadəyə verilib. Artıq Laçın rayonuna və rayonun Zabux kəndinə, Tərtər rayonun Talış kəndinə, Füzuli şəhərinə doğma sakinlərin qovuşması, eləcə də Zəngilana 2022-ci ildə başlanmış geridönüşün növbəti mərhələsi baş tutub”, - bələdçidə qeyd olunub.

 





29.12.2023    çap et  çap et