525.Az

"Ali Baş Komandan dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaq” - Surxay Məmmədli


 

"Ali Baş Komandan dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaq” - <b style="color:red">Surxay Məmmədli</b>

“Tam əminliklə deyə bilərəm ki, torpağları öz azadlığına qovuşduran Ali Baş Komandan dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaq”.

525.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri hacı Surxay Məmmədli deyib.

O bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri başqa ölkələrə bir örnəkdir: "Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət müasir dövrdə Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də bu sahəyə xüsusi qayğı göstərilir. İşğaldan azad olunan ərazilərimizdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən dini və tarixi abidələrin bərpasına xüsusi diqqət yetirilir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ərazilərə səfərləri zamanı dini ibadət yerlərini də ziyarət edərək bərpası ilə bağlı tapşırıqlar veriblər. Erməni vandallarının işğal dövründə dağıtdıqları tarixi abidələrdən biri də Ağdamda yerləşən “İmarət” kompleksidir. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar".

 





29.12.2023    çap et  çap et