525.Az

Bakıda Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək


 

Bakıda Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək<b style="color:red"></b>

Bakıda Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında deyib. O, görüşün yazda keçiriləcəyini qeyd edib.

Səfir vurğulayıb ki, hazırda Azərbaycan və Gürcüstan liderləri arasında çox yaxşı kommunikasiya var. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin qarşılıqlı rəsmi səfərlər etdiyini xatırladıb. Əlavə edib ki, iki ölkə arasında keçirilməsi planlaşdırılan bir sıra tədbirlər də var.

 





29.12.2023    çap et  çap et