525.Az

Yevlaxda maşın kanala düşüb - bir nəfər ölüb


 

Yevlaxda maşın kanala düşüb - <b style="color:red"> bir nəfər ölüb</b>

Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 





30.12.2023    çap et  çap et