525.Az

Azərbaycan alimlərinin yeni neft mənbələri ilə bağlı mühüm elmi nəticələri təsdiqlənib


 

Azərbaycan alimlərinin yeni neft mənbələri ilə bağlı mühüm elmi nəticələri təsdiqlənib<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyevin və aparıcı elmi işçi yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun uzunmüddətli tədqiqat işləri nəticəsində Şərqi Azərbaycanda yeni neftli komplekslər müəyyənləşib.

525.az xəbər verir ki, indiyədək ölkənin quru ərazilərində və dəniz akvatoriyasında müəyyənləşən zəngin neft-qaz yataqlarının mənbəyi Maykop yaşlı çöküntülər hesab olunsa da, alimlərimizin müasir yanaşma və metodologiyalara əsaslanan kompleks araşdırmaları məhz Eosen yaşlı üzvi maddə ilə zəngin şistli komplekslərin əmələ gəlmə xüsusiyyətləri ilə yanaşı, onların daha yüksək neft məhsuldarlığını aşkarlamağa imkan verib. Yeni neftli mənbələr kimi təqdim olunan Eosenə aid çöküntü komplekslərinin üstünlüyü onların həm neft törədən, həm də neft saxlayan hibrid sistemlər kimi fərqlənmələri ilə əlaqədardır.

“İlk də­fə ola­raq Azər­bay­ca­nın Eosen yaş­lı ya­nar şistlə­ri­nin kompleks mi­ne­ra­lo­ji və geo­kim­yə­vi təd­qi­qat­la­rı əsa­sın­da on­la­rın əmələgəlmə şə­rai­ti, şist nef­ti­nin yük­sək po­ten­si­al­lı­ğı və pers­pek­tiv­li sa­hə­ləri (Mər­kə­zi Qobus­tan­da) müəyyən­ləş­di­ril­ib)” adlanan mühüm elmi nəticə ilə bağlı müzakirələr alimlərimiz birgə nəşr etdirdikləri dörd yüksək nüfuzlu (“Web of Sciences” və “Scopus”da indeksləşən) xarici jurnalda və çoxsaylı kofrans materiallarında (Avstriyada, Rusiyada və s.)  əksini tapıb. Sözügedən mühüm elmi nəticə bu il Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­tun­da fəa­liy­yət gös­tə­rən Kol­lok­vi­um­da və El­mi Şu­ra­da mü­za­ki­rə olunub və təsdiqlənib.

Əldə olunan elmi yenilik Şərqi Azərbaycanda sintetik şist neftinin alınması ilə əlaqədar yüksək perspektivlər formalaşdırır ki, bu da yaxın gələcəkdə onların qeyri-ənənəvi resurslar kimi istifadəsini labüd edir.

 





30.12.2023    çap et  çap et