525.Az

Zərdabda yol qəzası olub - ölən və xəsarət alan var


 

Zərdabda yol qəzası olub - <b style="color:red"> ölən və xəsarət alan var</b>

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib.

525.az xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonunun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

"QAZel" markalı yük maşını ilə "Toyota prius" markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü, Ucar rayonunun Xalac kənd sakini, 1995-ci il təvəllüdlü Həsən İsa oğlu Cəfərov hadisə yerində ölüb. Yük maşınının sürücüsü, Zərdab rayonunun Çallı kənd sakini Sadiq Qiyas oğlu Qinyazlı isə xəsarət alıb.

Fakt araşdırılır (APA).

 





30.12.2023    çap et  çap et