525.Az

"Narkoloji dispanserlərə gedənlərin 70%-i müalicədən sonra yenidən narkotikə başlayır" -  Fazil Mustafa


 

"Narkoloji dispanserlərə gedənlərin 70%-i müalicədən sonra yenidən narkotikə başlayır" - <b style="color:red"> Fazil Mustafa</b>

"Narkoloji dispanserlərə gedənlərin 70%-i müalicədən sonra yenidən narkotikə başlayır".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası hamını reabilitasiya mərkəzinə yönəldə bilməz: "Narkoaludəçiyə mütləq psixoloji dəstək lazımdır. Narkoloji dispanserlərə gedənlərin 70 %-i orada 10-15 dəfə müalicə alıb yenidən narkotikə başlayanlardır. Büdcədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına ayrılan vəsait artırılmalıdır. Komissiyanın işinin qənaətbəxş olması üçün reabilitasiya mərkəzləri yaratmaq lazımdır. Bu istiqamətdə bütün imkanları səfərbər etməliyik ki, narkomaniyanın qarşısını alaq. Xaricdən də belə təhdidlər var. Xarici ölkələrdən də ölkəmizə narkotikin daxil olması danılmaz faktdır. Bunun qarşısını biz indi almasaq, gələcəkdə çox ağır nəticələri olacaq”.

 





30.12.2023    çap et  çap et