525.Az
Qusarda yaşayış evində baş verən yanğında bir nəfər xəsarət alıb
Qusarda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 4-də saat 18:00 radələrində Qusar rayonunun Bədişqala kənd sakini Camaləddin Məmmədova məxsus 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış C.Məmmədov xəstəxanaya yerləşdirilib.
05.09.2014
çap et