525.Az

“Naxtel” 5 ildir qanuni olaraq mobil rabitə xidmətləri göstərir"


 

“Naxtel” 5 ildir qanuni olaraq mobil rabitə xidmətləri göstərir"<b style="color:red"></b> Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Naxtel” CDMA simsiz rabitə operatoru Naxçıvan MR ərazisində 4G xidmətinin göstərilməsi üçün lisenziya alıb.
 
“APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
 
Ə. Abbasov bildirib ki, “Naxtel” artıq 5 ildir ki, Naxçıvan ərazisində qanuni olaraq mobil rabitə xidmətləri göstərir, indi isə yeni texnologiyalara keçir.
 
“O cümlədən digər üç operatorun da Naxçıvan MR-də bu xidmətləri göstərmək hüququ var. Naxçıvanda fəaliyyət göstərmək istəyən digər operatorlar üçün də heç bir problem olmayacaq”, - deyə qurum rəhbəri qeyd edib.
 
Nazirin sözlərinə görə, bu gün “Naxtel”-in “elə də böyük imkanları yoxdur ki, Azərbaycanda bütün şəbəkəsini qursun”.
 
“Digər operatorlar isə Naxçıvanda fəaliyyət göstərmək üçün Naxçıvanla Azərbaycanın birbaşa əlaqəsi olmadığından oraya üçüncü bir ölkənin ərazisində keçməli olurlar. Amma Azərbaycan vahid dövlət olduğu üçün və tezliklər vahid idarə olunduğu üçün biz tənzimləyici orqan kimi yaranacaq problemləri nizamlayacağıq”, - deyə Ə. Abbasov əlavə edib.
 





05.09.2014    çap et  çap et