525.Az

Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb


 

Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb<b style="color:red"></b>

Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar.

525.az xəbər verir ki, bu barədə "Kasprıba" Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin TASS-a bildirib.

O qeyd edib ki, balıq və balıq delikatesləri Həştərxan vilayətinin brendi olaraq qalır, xaricdəki tərəfdaşlar arasında böyük tələbat var.

"Biz ilk dəfə olaraq Azərbaycana balıq məhsullarının, əsasən çiy balıqların tədarükünə başlamışıq ki, bu da orada fəal şəkildə emal olunur. Həştərxan balığından yerli milli xörəklərin hazırlanmasında istifadə olunur”, – Markin vurğulayıb.

 





03.01.2024    çap et  çap et