525.Az

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb


 

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb<b style="color:red"></b>

Yanvarın 2-də cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 2-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 5, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

 





03.01.2024    çap et  çap et