525.Az

Ötən gün vətəndaşlardan götürülən silahın sayı açıqlanıb


 

Ötən gün vətəndaşlardan götürülən silahın sayı açıqlanıb<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.

525.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.

Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edib.

Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.

 





03.01.2024    çap et  çap et