525.Az

Gəncə sakinindən bir ədəd avtomat götürülüb


 

Gəncə sakinindən bir ədəd avtomat götürülüb<b style="color:red"></b>

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Məhsəti qəsəbə sakini Adil Məmmədov saxlanılıb.

525.az-a DİN-dən verilən xəbərə görə, onun evinə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “AK-74” avtomat silah, 14 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

 





03.01.2024    çap et  çap et