525.Az

Avropada qazın qiyməti 350 dollardan aşağı düşüb


 

Avropada qazın qiyməti 350 dollardan aşağı düşüb<b style="color:red"></b>

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 350 ABŞ dollarından aşağı enib.

525.az xəbər verir ki, 2 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi öncəki hesablama qiyməti (399,5 dollar) ilə müqayisədə 7,3% azalıb.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

 





03.01.2024    çap et  çap et