525.Az

Yollarda görünüş məsafəsi məhdudlaşacaq


 

Yollarda görünüş məsafəsi məhdudlaşacaq<b style="color:red"></b>

Hava şəraiti ilə əlaqədar bu gün bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, yanvarın 3-ü əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

 





03.01.2024    çap et  çap et