525.Az

Bərdədə iki avtomobil toqquşub - xəsarət alanlar var


 

Bərdədə iki avtomobil toqquşub - <b style="color:red"> xəsarət alanlar var</b>

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb.

Bərdə rayon Nazırlı kənd sakini 2001-ci il təvəllüdlü Göyüşov Orxan Göyüş oğlunun idarə etdiyi 99-XZ-915 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili ilə rayonun Nazırlı kənd sakini 1993-cü il təvəllüdlü Səfərov Akşin Saleh oğlunun idarəsində olan 10-FP-169 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 





03.01.2024    çap et  çap et