525.Az

Laçında avtomobil qəzasında həlak olan hərbçi ilə Gəncədə vida mərasimi keçirilir


 

Laçında avtomobil qəzasında həlak olan hərbçi ilə Gəncədə vida mərasimi keçirilir<b style="color:red"></b>

Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir.

525.az "Report"a istinadən xəbər verir ki, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

 





05.01.2024    çap et  çap et