525.Az

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1.1 mlrd. dolları ötüb


 

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1.1 mlrd. dolları ötüb<b style="color:red"></b>

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1 milyard 107.9 milyon ABŞ dolları təşkil edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% və ya 751.1 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Hinditanın ticarət dövriyyəsinin həcmin 1 milyard 859.1 milyon ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan Hindistana ixracın həcmi 44,4% azalaraq 924,5 milyon dollara, Hindistandan Azərbaycana ixracın həcmi isə 6.7% azalaraq 183.4 milyon dollara bərabər olub.

Qeyd edək ki, Hindistan Azərbaycanın xam neft ixrac etdiyi ölkələr sırasında üçüncü yerdədir.

 





05.01.2024    çap et  çap et