525.Az

Azərbaycanda tütün istehsalı 22 faiz artıb


 

Azərbaycanda tütün istehsalı 22 faiz artıb<b style="color:red"></b>

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 5259.5 ton tütün istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3% və ya 959 ton artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 4300,5 ton tütün istehsal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 13.9 milyon dollar dəyərində 3156 ton tütün və tütün sənaye əvəzediciləri ixrac edilib.

 





05.01.2024    çap et  çap et